Salvadorda 2010-cu ildə bir bələdiyyə avtobusuna hücum təşkil edən qrup üzvü 410 il həbs cəzasına məhkum edilib.
Axar.az xarici mətbuata istinadən xəbər verir ki, küçə qrupu “Barrio 18”-in üzvü Karlos Osvaldi Alvarado bələdiyyə avtobusuna benzin tökərək yandırıb və 17 nəfərin ölümünə səbəb olub.
Alvarado Mexikanos şəhərində baş tutan hadisəni rəqib dəstənin üzvü Mara Salvatruça tərəfindən öldürülən qardaşının intiqamını almaq üçün təşkil edib.
Cia.az
