Polşa prezidenti Ancey Dudanın avtomobili ölkənin cənubunda yoldan çıxaraq küvetə düşüb, sərnişinlərdən heç kim xəsarət almayıb.
Bu barədə prezident yerli televiziyaya məlumat verib.
"Maşın yoldan çıxdı və kənara düşdü, lakin heç kim xəsarət almadı", — deyə Duda bildirib.
İnsident avtomobilin təkərlərindən birinin deşilməsi səbəbindən baş verə bilər.
Polis insidentin araşdırılması ilə məşğul olur.
Cia.az
