İstanbul şəhər 6-cı Sülh Cəza Məhkəməsi İstanbul Cumhuriyyət Baş Prokurorluğunun tələbi ilə "Zaman" qəzetinə qəyyum təyin olunması barədə qərar qəbul edib.
Cia.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Fətullah Gülən hərəkatına (Nurçular) məxsus olan qəzet məhkəmə qərarı ilə dövlətin nəzarətinə keçib.
Qəzetin Bahçelievlerdəki binasının qapısı zəncirlə baəğanıb. Məhkəmənin təyin etdiyi yeni qəyyumlar “Zaman”a idarəetməni ələ almaq üçün polislərin müşayiəti ilə qəzetin redaksiyasına gediblər.
Cia.az
