|
Lisenziya verilməsi ilə bağlı qərarın qəbulu təxirə salındı
Milli Məclisin bugünkü iclasında “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası qanununun layihəsinin üçüncü oxunuşu təxirə salınıb. 
Musavat.com-un parlament müxbirinin verdiyi məlumata görə, plenar iclasda çıxış edən İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə sahibkarlıq fəaliyyətinə görə lisenziyaların verilməsi məsələsi birmənalı qarşılanmır. Belə ki, lisenziyaların sayının çox olması narazılıq yaradır. Z.Səmədzadə deyib ki, bu səbəbdən lisenziyaların verilməsi ilə bağlı icazələrin sayının azaldılamsına görə Prezident Administrasiyası ilə danışışqlar aparılır. Komitə rəhbəri hələlik danışıqlar başa çatmadığı üçün qanun layihəsinin müzakirəsini təxirə salmağı xahiş edib. 
 
Spiker Oqtay Əəsdov da onunla razılaşdı: “Səhv etmirəmsə, əvvəlki layihədə 199 icazə var idi, ancaq yeni siyashıda onların sayı 164-dür. Ona görə də layihəni gündəlikdən çıxaraq, lazım olar hökumətin hesabatından sonra təkrar müzakirə edərik”. 
 
Yaranmış durumla əlaqədar Milli Məclis də öz xərclərini azaltmağa qərar verib. Belə ki, parlament 551 min manat vəsaitə qənaət etməyə qərar verib.  Spiker qənaət rejiminə keçilməsini zəruri sayaraq deyib ki, lazım olan yerlərdə dövlət vəsaitinə qənaət etmək lazımdır. 
 
Hesablama Palatasının xərclərinə də qənaət edilməsi barədə qərar qəbul olunub. 
Cia.az