|
Müsavatdan daha bir istefa

Müsavat partiyasının sabiq Məclis üzvü və regional koordinatoru Füzuli Vəziroglu istefa verib.

AzNews.az xəbər verir ki, bu barədə o, özünün Facebook səhifəsində yazıb.

Füzuli Vəziroglu Müsavat partiyasından ayrılmaq qərarına gəldiyini bildirib: “Dəyərli dostlar! Bu gündən Müsavat partiyasının sıralarından ayrılmaq qərarına gəldim. Sizlərə həyatınızda can sağlığı, meydanlarda aparacağınız mücadilədə uğurlar arzulayıram. Allah yardımçınız olsun”.