|
Bakıda ağır qəza -

Bakıda ölümlə nəticələnən ağır yol qəzası baş verib.

Qaradağ rayonu ərazisində, Qızıldaş-H.Z.Tağıyev yolunda "Opel" markalı minik avtomobili "KamAZ" markalı yük maşınına çırpılıb. Nəticədə minik avtomobilindəki sərnişin aldığı xəsarətlərdən vəfat edib, avtomobilin sürücüsü isə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.

Cia.az