"Gündəlik 1 milyon barel nefti dünya bazarına çıxarmağı planlaşdırırıq.
Bu səbəbdən də İran neft hasilatını azaldmaq niyyətində deyil". "Report"-un "İnterfaks" agentliyinə istinadən verdiyi xəbərə görə, bu fikri İranın Neft nazirinin beynəlxalq məsələlər üzrə müavini Əmir Hüseyin Zamani Niya səsləndirib.
Dünya bazarında neftin qiymətinin aşağı düşməsinə Tehranın səbəb olmadığını vurğulayan Niya, "Biz, neft hasilatını azaldaraq özümüz özümüzə qarşı sanksiyalar tətbiq etmək istəmirik. Bununla belə, İranın neft sənayesinin inkişafı üçün 40-45 milyard dollar xarici sərmayə cəlb etmək istəyirik. Şübhəsiz ki, buna nail olacağıq", - deyə vurğulayıb.
Cia.az
