|
İŞİD-in 12 yaşlı cəllad qızı - "Cihadçı Çeyn"
İŞİD terror qruplaşması beş qadını insanların gözü qarşısında edam edib. 
ANS PRESS-in məlumatına görə, onların arasında terrorçuları müalicə etməkdən imtina etmiş həkimlər də var.
Terrorçuların edam hökmünü 12 yaşlı qız həyata keçirib. Britaniya KİV-i artıq 12 yaşlı qıza məşhur İŞİD cəlladı olmuş "Cihadi Con"un şərəfinə "Cihadi Ceyn"  ləqəbinin verildiyini qeyd edib.
“The Daily Star” nəşri öz mənbələrinə istinadən edamın İraqın Ninevi şəhərində vaxtilə Asuri dövlətinin paytaxtında baş verdiyini bildirib. "Cihadi Ceyn" qurbanları güllələyən dəstəyə daxil edilib.
“Edam zamanı İŞİD-in qızdan istifadə etməsi birinci hal hesab edilir", - mənbə qeyd edib.
Amma oğlan uşaqlarının iştirakı ilə edamlar artıq bir neçə dəfə olub. Belə ki, 2016-cı ilin fevralında İŞİD terror qruplaşması növbəti şokedici video yaymışdı. Kadrlarda İŞİD-in ingilis dilində danışan üzvü Böyük Britaniyanın xeyrinə casusluqda ittiham edilən üç nəfərə divan tutur.
Bildirilir ki, İŞİD terror qruplaşması maliyyələşdirmə ilə bağlı problemlər yaşadığından tez-tez öz əməliyyatları üçün həddi-buluğa çatmayanları cəlb edirlər.
Cia.az