|
Parisdə “Normand dördlüyü” çərçivəsində görüş keçirilib
Fransanın paytaxtında “Normand dördlüyü” çərçivəsində görüş keçirilib.
APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, xarici işlər nazirləri səviyyəsində keçirilən görüş birgə kommünikenin qəbul edilməsi ilə başa çatıb.
Danışıqların 4 saata yaxın davam etdiyi bildirilir. Nazirlər Ukraynada münaqişənin nizamlanma  yollarını müzakirə ediblər. Ukraynanı görüşdə Pavel Klimkin, Rusiyanı Sergey Lavrov, Almaniyanı Frank-Valter Ştaynmayer, Fransanı isə Jan-Mark Eyro təmsil edib. 
Cia.az