|
Yarım milyon insan öləcək
Oksford Universitetinin alimləri 35 il ərzində insanların qida əldə etmə imkanlarının azalacağını, buna görə də xəstəliklərin sayının artacağını və 500 min insanın öləcəyini deyiblər. 
“Qidanın gələcəyi”  adlı araşdırma yazıda 2050-ci ilə qədər 500 min insanın hava və qida çatışmazlığı səbəbi ilə öləcəyi bildirilib. İngiltərənin “The Alncet” jurnalı adambaşına düşən qidanın 3,2 dəfə azalacağını yazıb. Qida azlığının ən çox Çin, Hindistan və Asiya ölkələrində müşahidə ediləcəyi deyilir. Yunanıstan və İtaliya da təhlükə altındadır.
Cia.az