|
Superliqa klubunun baş məşqçisi istefa verdi

Türkiyənin "Kayserispor" klubunun baş məşqçisi Tolunay Kafkas istefa verib.

Buna komandanın cari mövsüm uğursuz çıxışı səbəb olub.

Komandanın superliqanın geridə qalan 23 turundan sonra 23 xalla turnir cədvəlinin 15-ci pilləsində qərarlaşmasından narazı olan rəhbərlik Kafkasın istefasını qəbul edib. 47 yaşlı mütəxəssislə qarşılıqlı razılıq əsasında yollar ayrılıb.

Qeyd edək ki, Kafkas Kayseri təmsilçisi ilə 2015-ci ilin iyul ayında 2 illik müqavilə imzalayıb.

Cia.az