|
Müğənninin qızı yenidən imicini dəyişdi
Pop ulduz Maykl Ceksonun 17 yaşlı qızı Paris Cekson imicini yenidən dəyişib.
Bir neçə gün əvvəl narıncı saçları ilə kameralara tuş gələn ifaçının qızı bu dəfə sarı rənglə görüntülənib. Atasının ölümünədək az-az paparassilərin hədəfində olan Paris son zamanlar bu ənənəni pozur.
Qeyd edək ki, Paris Maykl Ceksonun Debbi Roudan olan qızıdır. Parisdən başqa, pop ulduzun Şahzadə Maykl II və Maykl Jozef adlı iki oğlu da var.
 

 

 

 

 

Cia.az