Bu gün Səbail rayonunun bir hissəsinin su təchizatı məhdudlaşdırılır.
“Azərsu” ASC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, Səbail rayonu Neftçilər prospektindən keçən 500 mm-lik magistral su xəttində baş vermiş qəza ilə əlaqədar bu gün ərzində Bayıl qəsəbəsinin bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaqdır.
Yaranmış narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.
