|
Prezident iki icra başçısını vəzifəsindən azad etdi

Prezident İlham Əliyev iki icra başçısının vəzifəsindən azad olunması ilə bağlı sərəncam verib.

Cia.az Azərtac-a istinadən xəbər verir ki, sərəncamda qeyd olunur ki, Akif İsmayıl oğlu Səlimov Laçın Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilsin.

***

Ölkə başçısının digər sərəncamı ilə Mahmud Nayfalı oğlu Quliyev Cəbrayıl Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.

Cia.az