Bakıda vətəndaşlara qarşı küllü miqdarda pul atan qadın tutulub.
Cia.az Daxili İşlər Nazirliyinin saytına istinadən bildirir ki, Qaradağ Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 2014-cü il noyabrın 13-də Balakişi Behbudova qarşı dələduzluq etmiş Bakı şəhər sakini Gülnarə Muxtarova saxlanılıb.
Aparılan əməliyyat tədbirləri ilə onun 2014-cü ildə daha 18 nəfəri aldadaraq onlardan ümumilikdə 139 000 manat alması müəyyən edilib.
Cia.az
