|
Qardaşını öldürən bacıya 10 il həbs verildi

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qardaşını qətlə yetirməkdə təqsirli bilinən Qusar rayon sakini, 1997-ci il təvəllüdlü Alyona Baxışovanın cinayət işi məhkəmə prosesi davam etdirilib.

Alyona Baxışovaya 10 il müddətinə azadlıqdan məhrumetmə cəzası verilib.

Qeyd edək ki, qətl ötən il Qusar rayonu Rəcət kəndində baş verib. 1997-ci təvəllüdlü Alyona Baxışova qardaşı 1993-cü il təvəllüdlü Baxış Baxışovu qətlə yetirib. Hadisədən 8 ay sonra Alyona Baxışova şübhəli şəxs qismində saxlanıb və barəsində Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. İttiham görə, A. Baxışova qardaşı Baxışı onunla cinsi əlaqədə olmaq istədiyi üçün balta ilə vuraraq öldürüb. Daha sonra onun qollarını ayaqlarını kəsərək meyiti həyətdə basdırıb. Bir müddət sonra meyitin aşkar ediləcəyindən qorxaraq meyiti həmin yerdən çıxararaq hissələrə bölüb və bostanda basdırıb. Baxış Baxışovun meyiti bir müddət sonra qardaşı tərəfindən aşkar edilib.

Cia.az