|
“Əmanətlərin Sığortalanması Fondunda 40 milyon vəsait qalıb”

"İstənilən məbləği əmanətçi bankda yerləşdirə bilər və bu əmanətlər üç il müddətinə tam sığortalanacaq. Müddət 2019-ci il martın 1-nə kimi davam edəcək".      

Cia.az xəbər verir ki, bunu Əmanətlərin Sığortalanması Fondunun icraçı direktoru Azad Cavadov bu gün keçirdiyi məybuat konfransında deyib.

O bildirib ki, martın 2-də Himayəçilik Şurasının iclasında əmanətlər valyutaya görə differensiallaşdırılıb: "Bu vaxta qədər əmanətlər qorunan faizi 12 faiz idi. Əgər əmanətçinin məbləği 30 min manatdan artıqdırsa, dollarla 3 faizdir. Manatda isə bu faiz dərəcəsi dəyişmir. Əgər əmanətçi dollar əmanətini tam sığortalamaq istəyirsə, burada faiz dərəcəsi 3 faiz olacaq".  

A. Cavadov həmçinin əlavə edib ki, üç banka bu günə qədər 93 milyon manat ödənilib: "Fondun hələ 40 milyon manat vəsaiti qalıb. Gündəlik 3 milyon manat kompensasiya ödənilir".

Cia.az