|
“Qadın, zəriflik, musiqi”

Martın 2-də Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində “Qadın, zəriflik, musiqi” mövzusuna həsr edilmiş tədbirdə bəstəkar, Əməkdar İncəsənət Xadimi Ruhəngiz Qasımova ilə görüş keçirilib.

8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə təşkil olunan tədbirdə muzeyin direktoru Alla Bayramova R.Qasımovanın yaradıcılığından, Azərbaycan musiqisi mədəniyyətinə, incəsənətinə verdiyi töhfələrdən söz açıb.

Gecədə bəstəkar, dramaturq, lirik əsərlər müəllifinin həyat və yaradıcılıq yolunu əks etdirən slayd-şou, müəllifi olduğu teletamaşalardan videofraqmentlər nümayiş olunub.

Bəstəkar həyatının unudulmaz anları haqqında məlumat verib, qarşılaşdığı maraqlı hadisələrdən söhbət açıb, onu sevən sənət dostları və KİV nümayəndələrinin suallarını cabablandırıb.

Sonda Ruhəngiz Qasımova tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirib.

Cia.az