|
Mcdonalds və KFC-də yaş qadağası
İngiltərədə fast-food mağazaları olan Mcdonalds və KFC-nin bəzi şöbələrində 18 yaşdan aşağı şəxslərin yemək yeməsi qadağan ediləcək. 
Səbəbi isə davranışların ictimai qınağa səbəb olmasıdır. Yeni qərar bir neçə həftə əvvəl Mcdonaldsda 20 nəfərin dalaşmasından sonra verilib. Silahlı polislərin və bir vertolyotun göndərildiyi davada gənclər bir-birilərinə silah da çəkmişdilər. Artıq yaşı 18-dən az olanlar fast-food yeməklərini sifariş edərək evdə yeyə biləcəklər.
Cia.az