|
Dünyanın ən varlı qadınları
“Forbes” jurnalı dünyanın ən varlı qadınlarının siyahısını dərc edib. 
Builki siyahıda "Forbes" mütəxəssisləri varlı qadınların sayını 197-dən 190-a kimi azaldıblar. Nəşriyyatın məlumatına görə, ötənilki siyahıda yer alan milyarder qadınlardan 6-sı vəfat edib, 31-nin var-dövləti isə 1 milyard dollardan aşağı düşüb. Yeni siyahıya 36 milyard dollar var-dövlətlə “Loreal” şirkətinin sahibəsi Lilian Betankur başçılıq edir. Reytinq üzrə ikinci yerdə “Wal-Mart Stores” şirkətinin varisi Elis Uolton qərarlaşıb. Onun var-dövləti 32 milyard dollardır. Siyahıda ilk üçlüyü “Mars” şirkətinin varisi Jaklin Mars 23,5 milyard dollarlıq sərvətilə tamamlayır.
"Forbes"un yeni siyahısında 4-cü yerdə 22,1 milyard dollar var-dövlətin sahibəsi olan Mariya Franka Fisola (“Ferrero” şokolad biznesinin varisi) qərarlaşıb. 5-ci pillənin sahibi alman Suzanna Klatten olub. 18,5 milyard dollar var-dövlətə malik olan qadın uzun zaman ərzində anasından gizlin yolla BMW səhmlərini alıb. Reytinqdə 6-cı yeri “Apple”ın yaradıcısı Stiv Cobsun həyat yoldaşı Louren Pouell Cobs tutub. Onun var-dövləti 16,7 milyard dollar dəyərində qiymətləndirilir. Siyahıda 7-ci yerdə isə 13,1 milyard dollar sərvətə malik amerikan iş qadını Ebiqeyl Conson qərarlaşıb.
Cia.az