|
Pentaqon: İŞİD 2016-cı ildə Avropa və ABŞ-da terror aktları törətməyə çalışacaq
İŞİD terror qruplaşması 2016-cı ildə Avropa və ABŞ-da terror aktları törətməyə çalışacaq. 
APA-nın “TASS”a istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ Müdafiə Nazirliyinin Kəşfiyyat İdarəsinin direktoru general-leytenant Vinsent Stüart bildirib.    
“Parisdəki hücumlardan sonra,  İŞİD ABŞ və onun müttəfiqləri üçün əsas təhdid oldu”, - deyə Stüart Konqresdə dinləmələr zamanı çıxışında bildirib. “Ehtimal var ki, İŞİD  2016-cı ildə Avropa və ABŞ-da terror aktları törətməyə çalışacaq”, - deyə o əlavə edib.  
Cia.az