|
Şimali Koreya yenə raket buraxdı
Şimali Koreya Yapon dənizinə doğru bir neçə yaxın mənzilli raket buraxıb. APA-nın “Reuters”ə istinadən verdiyi xəbərə görə, bu barədə Cənubi Koreyanın Müdafiə Nazirliyi məlumat yayıb.  
Qeyd edək ki, ötən gün BMT  Təhlükəsizlik Şurası və ABŞ-ın Maliyyə Nazirliyi KXDR-ə qarşı yeni sanksiyalar paketini tətbiq edib. 
Cia.az