Sidik yolu infeksiyası xüsusən də soyuq havalarda qadınlarda tez-tez rastlanan xəstəliklərdəndir. Əsasən qastrointestinal bakteriyalar ucbatından yaranır, bu bakteriyalar sidik yoluna yerləşir və çoxalmağa başlayır. Bu, həm qadınların, həm də kişilərin yaşaya biləcəyi bir problemdir, amma qadınlarda daha çox rast gəlinir. Onu da bildirək ki, bir dəfə yaşanan sidik yolu infeksiyasına yenidən yoluxma riski daha yüksəkdir.
Sidik yolu infeksiyası sidiyi uzun müddət saxlamaq, cinsi yaxınlıq, hamiləlik və ya menopauza kimi hallar, bakteriyalar səbəbindən yaşanır. Ən çox yayılmış əlamətləri sırasına sidiyə tez-tez getmək, hər dəfəsində çox az sidiyin gəlməsi, sidiyə çıxarkən göynəmə hissi, sidiyin rəngində dəyişiklik, qarın ağrısı, qızdırma, baş gicəllənməsi və qusma daxildir.
İlkin əlamətlərindən sonra ən qısa zamanda müalicəyə başlamaq mütləqdir, beləcə, infeksiyaların böyrəklərə sıçramasını əngəlləyə bilərsiniz. Ən yaxşısı həkimə getməkdir. Bundan başqa, problemi ev şəraitində aradan qaldırmaq üçün bir çox üsullar var.
Alma sirkəsi
Alma sirkəsi fermentlər, potasium və digər minerallar baxımından zəngindir. Bu cür infeksiyaları sağaltmaq üçün tibbi dərmanlara alternativ olaraq alma sirkəsi istifadə edilməlidir.
İki yemək qaşığı alma sirkəsini bir stəkan suya tökün və için. Daha yaxşı nəticələr əldə etmək üçün limon suyu və ya bal da qata bilərsiniz. Bunu gündə iki dəfə için. Bir digər seçim isə yuyunduğunuz suyun içinə bir az alma suyu əlavə etməkdir.
Zoğal suyu
Zoğal suyu infeksiyaya səbəb olan E.Coli bakteriyalarının yaranmasını əngəlləyən antibakterial özəlliyə malikdir. Zoğal suyunu təbii şəkildə, heç nə - şəkər belə, qatmadan içmək daha faydalıdır.
Sidik yolu infeksiyalarından qorunmaq üçün hər gün yarım stəkan zoğal suyu için.
Əgər sidik yolu infeksiyanız varsa, gündə 3, ya 4 stəkan zoğal suyu içməlisiniz.
Diqqət: Böyrək daşı problemi yaşamısınızsa, zoğal suyu içməyin.
Çay ağacı yağı
Çay ağacı yağı sidik yolu və ya öd kisəsi infeksiyalarına səbəb olan bakteriyaları aradan qaldırmaq üçün yaxşı effektli antibakterialdır. 10 damcı çay ağacı yağını su ilə qarışdırın və vaginal bölgənizi bu qarışımla yuyun.
Bir digər seçim isə eyni miqdarda çay ağacı yağı, sandal yağı və ardıc yağını qarışdırmaqdır. Bu qarışımı sidik kisəsi yaxınlığındakı qarın bölgəsinə sürtün. İnfeksiyadan qaynaqlan ağrını da sakitləşdirir.
Ya da alt paltarınıza iki damcı çay ağacı yağı damcıladın. Yağ yaratdığı istiliklə infeksiyaya yaxşı təsir edəcək.
Atquyruğu otu
Atquyruğu otunun çayı güclü bir sidik qovucudur, bu yolla sidik yolu infeksiyalarına da yaxşı təsir edir.
İnfeksiyanın əlamətlərini hiss etdiyiniz ilk gündən hər gün iki, ya üç stəkan atquyruğu çayı içməyə çalışın. Çox uzun müddət içməməlisiniz.
Nar suyu
Tərkibindəki yüksək səviyyədə antioksidanlarla nar suyu sidik kisəsi divarında olan bakteriyalarla mübarizə aparır. Bol C vitamin tərkiblidir, bu da immunitet sistemini gücləndirir və sidik yolunda yaranan infeksiyalarla mübarizə aparır.
İnfeksiya ilə mübarizə aparmaq üçün gündə 2, ya 3 stəkan nar suyu için.
Sarımsaq çayı
Sarımsaq güclü antibiotik və antibakterial özəlliyə malikdir.
İki diş əzilmiş sarımsağı bir stəkan isti suya qoyun, 5 dəqiqə gözləyin, infeksiyaya qarşı gündə ən az üç stəkan için.
Bir digər seçim isə hər gün çiy sarımsaq yeməkdir.
Qarpız suyu
Təzələyici və təmizləyici olan qarpızı istəsəniz dilimləyib yeyin, ya da suyunu için.
Cia.az
