Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda ittiham olunan Eldəniz Mehdiyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Prosesə hakim Ramella Allahverdiyeva sədrlik edib. Prosesdə hökm oxunub. Hökmə görə, Eldəniz Mehdiyev 10 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, Eldəniz Mehdiyev Bakı şəhər sakinlərim etimadını qazanaraq onlardan pul alaraq geri qaytarmayıb. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.3.2 (etibardan sui-istifadə etməklə özgənin külli miqdarda əmlakını ələ keçirmə) maddəsi ilə ittiham edilib.
Cia.az
