|
“Çinar” rəqs ansamblının solo konserti

Aprelin 15-də Azərbaycan Dövlət Tibb Universitetinin Əminə Dilbazi adina “Çinar” rəqs ansamblının solo konserti keçiriləcək.

Konsertdə tanınmış rəqqas Tahir Eynullayevin rəhbərliyi ilə tamaşaçılara milli rəqslərimizdən - “Tərəkəmə”, “Atəşgah”, “Ürək döyüntüsü”, “Yallı”, eləcə də dünya və yunan rəqslərindən nümunələr təqdim olunacaq.

Tahir Eynullayev bildirib ki, konsert ansamblın yaradıcısı Xalq Artisti, Dövlət mükafatı laureatı Əminə Dilbazinin əziz xatirəsinə həsr olunub.

Qeyd edək ki, T.Eynullayevin rəhbərliyi ilə ansambl Böyük Britaniya, İsveç, İtaliya və Türkiyədə keçirilmiş nüfuzlu beynəlxalq yarışlarda, müsabiqələrdə ölkəmizi layiqincə təmsil edərək bir sıra mükafatlar qazanıb.

Cia.az