|
Arıqlamaq istədi, bir stəkan su içdi... və öldü
Türkiyənin Dənizli şəhərində mədəsini kiçildən 34 yaşlı Sərdar Çəlik 2 ay sonra dünyasını dəyişib. 
Ötən ilin iyul ayında ailə həyatı quran Sərdarın çəkisi 147 kiloya qədər artıb. Arıqlamaq üçün tibdə “sleeve gastrektomi” adı ilə tanınan, el dilində isə mədə kiçiltmə əməliyyatına girməyə qərar verib. Həyat yoldaşı da özü kimi kök olduğu üçün cütlük ötən ilin 21 dekabrında birgə əməliyyata girib. Xəstəxanadan buraxılandan sonra evinə qayıdan S.Çelik üç gün sonra bir stəkan su içib və vəziyyəti pisləşib. 
Dərhal xəstəxanaya aparılan Çeliyin mədəsinə atılan tikişlər partlayıb. 55 gün reanimasiyada qaldıqdan sonra isə dünyasını dəyişib.
Cia.az