Amerikada yaşayan 90 yaşlı Norma adlı qadın dünyanı şoka salan bir addım atıb.
Ötən ilin iyulunda 67 illik həyat yoldaşını itirən qadın bir ay sonra xərçəng xəstəliyinə tutulduğunu öyrənib. Həkimlər ona əməliyyat və ya kemoterapiya məsləhət görsələr də, qadın bununla razılaşmayıb. “Onsuz da yolun sonundayam, ikisini də qəbul etmirəm” deyən Norma fərqli qərar verib.
O, Amerika boyu səyahət edən oğlu Ramie və qızına qoşulub. Avqust ayından etibarən tura başlayan Norma gəzdiyi yerləri və daddığı yeməkləri facebookdakı “Norma xanımla səfər” (Driving Miss Norma) səhifəsində paylaşaraq minlərlə insanı motivasiya edib.
Cia.az
