|
Ata ilə oğul evlərinin arasına yerüstü keçid tikdirdilər
Türkiyənin Karadeniz bölgəsində tez-tez rast gəlinən və mətbuatda istehza ilə “inşaat xarüqəsi” adlandırılan evlər arasında yerüstü keçidlərdən biri də Adanada ortaya çıxıb. 
Türkiyənin “Sabah” qəzeti xəbər verir ki, Adanada çayxana işlədən 51 yaşlı Necmettin Afşin 21 yaşlı oğlu Orhan Afşini evləndirəndən sonra qərar verib ki, oğlu ilə gediş-gəlişi soyutmasın. Afşin aşağı mərtəbəsi çayxana olan 2 mərtəbəli evinin yerləşdiyi küçənin o biri üzündə də oğlu üçün iki mərtəbəli ev tikdirib. Ata ilə oğulun evini isə ortadan keçən küçə ayırırdı. Tez-tez bir-birinin evinə gedib-gələn ailələr pilləkənləri qalxıb-düşmə əziyyətindən qurtulmaq üçün belə bir çarə düşünüblər. Ata 1500 manata yaxın xərc çəkərək evlərin arasında yerüstü keçib düzəltdirib. İndi ailə üzvləri daha rahat bir şəkildə bir-birinin evinə gedib gələ bilir. 
 
Ailə başçısı yerli mediaya deyib ki, bu ideyanı heç kimdən oğurlamayıb, özü düşünüb və həyata keçirib.
Cia.az