|
“Facebook”un vitse-prezidenti həbs olundu
Braziliya polisi San-Pauloda “Facebook” şirkətinin Latın Amerikası üzrə vitse-prezidenti Dieqo Dsodananı həbs edib. 
Buna səbəb şirkətin narkotik alverçilərinin xəbərləri haqqında məlumatları təqdim etməkdən imtina etməsi olub.
Federal polisin mətbuat xidməti məhkəmənin təlimatı olmasına baxmayaraq, “Facebook” şirkətinin hüquq-mühafizə orqanlarına “WhatsApp” messencerində olan narkotik alverçilərinə aid informasiyanı təqdim etməkdən imtina etdiyini bildirib. Daha əvvəl ölkədə eyni səbəbə görə “WhatsApp” sistemi bloklanıb.

Qeyd edək ki, ABŞ-da oxşar iş üzrə məhkəmə IT-nəhəngi Apple şirkətinin tərəfini tutub. Nyu-Yorkda keçirilən məhkəmə zamanı hakim narkotik alverçisi olan şəxsin “iPhone” mobil telefonunun qırmasında FTB-a kömək etməyə öhdəsinə qoymağa çalışmayıb.
 Cia.az