OPEK fevral ayının sonu etibari ilə neft hasilatını sutkalıq 280 min barel azaldıb.
Virtualaz.org Rusiya KİV-nə istinadən bildirir ki, neft hasilatındaki ən ciddi azalma İraqda qeydə alınıb. Belə ki, terror aktı səbəbindən fevralın 17-dən etibarən Şimali İraqla Türkiyəni birləşdirən neft boru xətti istifadə olunmur.
Səudiyyə Ərəbistanda və İranda hasilatın azalması qeydə alınmayıb.
Xatırladaq ki, daha öncə, Rusiya, Səudiyyə Ərəbistanı, Nigeriya, Qətər və Venesuela neft hasilatını yanvar ayının göstəricilərinə uyğun dondurulmasına qərar vermişdilər.
Cia.az
