|
Məşhur bankdan külli miqdarda pul oğurlandı

Bakıda bankdan külli miqdarda pul oğurlanıb.

APA-nın məlumatına görə, “Ekspressbank”ın Bakıxanov qəsəbəsində yerləşən filialında ödəmə terminalı sındırılaraq içərisindən 13 min manat pul oğurlanıb.

Hadisə ilə bağlı Sabunçu Rayon Polis İdarəsinə məlumat verilib.

Hazırda faktla bağlı əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Cia.az