|
Ballı suyun faydaları
Ballı su ən faydalı içkilərdən biridir. 
Saglamolun.az bildirir ki, ballı suyu səhər oyandıqdan dərhal sonra (acqarına) və axşam yatmazdan 30 dəqiqə əvvəl içmək lazımdır. 1 çay qaşığı bal 1 stəkan təmiz (qaynanmış deyil, dükanlarda butulkalarda satılan) ilıq (isti olmaz!) suya əlavə edin, qarışdırın və kiçik qurtumlarla için.
Ballı suyun faydaları:
 
- immun sistemini möhkəmləndirir, orqanizmin davamlılığını artırır
 
- sakitləşdirir, stresi, gərginliyi azaldır
 
- həzm sisteminə antiseptik, mikrob, göbələk, qurd əleyhinə təsir göstərir, mikrofloranı yaxşılaşdırır
 
- bağırsaqları təmizləyir
 
- qaraciyərin fəaliyyətinə müsbət təsir edir, qaraciyəri möhkəmləndirir
 
- bronxit, zökəm, soyuqdəymə zamanı yaxşı müalicəvi təsir edir
 
- orqanizmi toksinlərdən və şlaklardan təmizləyir
 
- qanın tərkibinə müsbət təsir göstərir
 
- maddələr mübadiləsi proseslərini yaxşılaşdırır
 
- beyinin fəaliyyətinə müsbət təsir edir
 
- böyrəkləri təmizləyir
 
- dərinin vəziyyətini yaxşılaşdırır.
 
Ən azı 1 ay ərzində gündə 2 dəfə ballı su qəbul edin. Bu sizin sağlamlığınıza çox müsbət təsir göstərəcək.
Cia.az