|
Pişik saxladığı üçün məhkəməyə çıxarıldı
Fransada yaşayan və evində 113 pişik saxlayan qadın məhkəmə qarşısına çıxarılıb. 
“Est Republicain” qəzetinin xəbərinə görə, ölkədəki heyvanları qoruma dərnəklərindən biri evində 113 pişik saxlayan qadını polislərə şikayət edib. Çünki qadın uzun müddət imiş ki, evində pişik saxlayırmış. Maddi vəziyyəti pis olan qadın son zamanlarda onlara yemək ala bilməyib və bir çoxu ölüb. Daha sonra isə ev kirayəsini ödəyə bilmədiyi üçün yaşadığı evdən qovulub. Pişiklərin bir çoxunun peyvənd edilib-edilmədiyi bilinmir və bu səbəbdən də polislər tərəfindən nəzarətə götürülüb. 
Baxa bilməyəcəyi heyvanları evində saxlayıb, onlara pis davrandığı iddia edilən qadın onlar üçün 750 avro xərclədiyini deyib. Ev sahibi də pişiklərin evi xarabaya çevirdiyini deyərək qadından şikayət edib.
 Cia.az