Çinin Quanyuan vilayətində qəribə hadisə baş verib.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, özlərini cadugər adlandıran 2 kişi canında cin olduğunu deyən qadını taxta çəlləkdə bişirib. Xəbərə görə, Yuylun kəndindən olan Li soyadlı qadın uzun illər xəstəliklərdən əziyyət çəkib. O, Fan və Hu soyadlı iki cadugərə yardım üçün müraciət edib və cadugərlər onun içinə cin girdiyini bildiriblər.
Qadını taxta çəlləyin içinə salaraq bişirən cadugərlər onun qışqırtısına toplaşan insanları səsin qadından deyil, onun içindəki cindən gəldiyinə inandırmağa çalışıblar. Sakinlər Lini çəlləkdən çıxararaq xəstəxanaya çatdırsalar da, o, yolda keçinib, cadugərlər isə həbs olunublar.
Cia.az
