|
Hindistan manyakının sirri bilinmir
Hindistanın Maharaştra əyalətində yaşayan kişi evdəki 14 nəfəri öldürdükdən sonra intihar edib
Bölgənin polis şöbəsinin rəisi Asok Jadjaz mətbuata verdiyi açıqlamada Hasnail Anvar Varekar adlı kişinin evdəki 14 nəfəri öldürdükdən sonra intihar etdiyini açıqlayıb. Anvar Varekar cinayətləri törətdikdən sonra özünü asıb. Hadisənin səbəblərini bilmədiklərini deyən polis rəisi Varekarın bacısının sağ qaldığını deyib. Onun ayıldıqdan sonra nə baş verdiyini açıqlayacağı gözlənilir. 
Ölənlərin cəsədləri üzərində araşdırmalar başa çatdıqdan sonra onlar dəfn ediləcək.
Cia.az