|
Rusiya Suriyada atəşkəsin pozulmasına dair məlumatları ABŞ-a təqdim edib
Rusiya Suriyada atəşkəsin pozulmasına dair məlumatları ABŞ-ın İordaniyanın paytaxtı Ammandakı Barışdırma Mərkəzinə təqdim edib. 
APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Rusiyanın Suriyadakı Barışdırma Mərkəzinin rəisi general-leytenant Sergey Kuralenko bildirib.
“Suriyada atəşkəsin pozulmasına dair bizdə olan bütün məlumatlar  ABŞ-ın  Ammandakı Barışdırma Mərkəzinə təqdim edilib”, - deyə Kuralenko bildirib.
Qeyd edək ki, Suriyada fevralın 27-dən etibarən atəşkəs rejimi rəsmən qüvvəyə minib. 
Atəşkəs rejimi “Cəbhə ən-Nüsrə”,  İŞİD və bir neçə terror qruplaşmalarına şamil edilmir.  
Cia.az