Xalq artisti Rasim Balayev uzun illərdən sonra rol aldığı film haqda açıqlama verib.
Aktyor rol aldığı “Sara” bədii filminin çəkilişlərinin artıq başa çatdığını deyib:
“Çəkilişlər artıq bitib. Məni Cavanşir obrazını oynamağa dəvət etdilər, çəkildim. Çəkilişlər çox qısa oldu. Obrazla bağlı nə imkanım vardısa, onu da etməyə çalışdım”.
R.Balayev onu da əlavə edib ki, hazırda heç bir layihədə yer almır və ona hər hansı filmlə bağlı təklif olunmayıb.
Qeyd edək ki, “Sara”nın rejissoru Elvin Əhmədov, ssenari müəllifi isə Fərəc Süleymanovdur.
Cia.az
