|
Azərbaycan kuboku: 1/4 finalın hakimləri müəyyənləşdi

Azərbaycan kubokunun 1/4 final mərhələsinin ilk oyunları üçün hakim təyinatları müəyyənləşib.

Qol.Az-ın PFL-in rəsmi saytına istinadən verdiyi məlumata görə, baş tutacaq 4 oyuna aşağıdakı hakimlər təyinat alıb. 

2 mart

Azərbaycan kuboku, 1/4 finalın ilk oyunları

14:00. “Xəzər Lənkəran” – “Neftçi”
Hakimlər: 
Əliyar Ağayev, Zeynal Zeynalov, Rza Məmmədov, İnqilab Məmmədov 
“Xəzər Lənkəran” mərkəzi stadionu.

17:00. “Qarabağ” – “Sumqayıt”
Hakimlər:
 Orxan Məmmədov, Yaşar Abbasov, Mehman Mahmudov, Elvin Əsgərov
"Azərsun Arena".

18:00. “Zirə” – “Qəbələ”
Hakimlər:
 Rəhim Həsənov, Namiq Hüseynov, Knyaz Əmiraslanov, Rauf Cabbarov
Zirə İdman Kompleksinin stadionu.

19:00. “Rəvan” – “İnter”
Hakimlər:
 Ramil Diniyev, Azər Əsgərov, Cavanşir Yusifov, Rəvan Həmzəzadə
“Bayıl Arena”.

Cia.az