Sona çatan fevral ayında Türkiyənin Asntalya kurortunu cəmi 55 rusiyalı turist ziyarət edib.
Virtualaz.org Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə Antalya valisinin hesabatında deyilir.
Qeyd olunur ki, Rusiyadan gələn turistlərin sayının bu cür nəhəng azalmasından savayı, Almaniyalı turistlərin də sayında ötən illə müqayisədə 30% eniş qeydə alınıb.
Rusiyalı turistlərin Antalyaya hansı yollarla gəldiyi açıqlanmır.
Xatırladaq ki, iki ölkə arasında vəziyyətin gərginləşməsi fonunda Rusiya hökuməti öz vətəndaşlarına və turizm şirkətlərinə Türkiyədə dincəlməyi və bu istiqamətdə turlar təklif etməyi qadağan edib.
Cia.az
