|
DİN: Qəbələdən olan 25 nəfər erməni tərəfə keçəcəkləri ilə hədələdi

“Fevralın 27-də Qəbələnin, aralarında azyaşlıların da olduğu 25 sakini Ağdamın Mirbəşirli kəndinə gəliblər və məhkəmənin hökmü ilə məhkum olunmuş qohumlarının azadlığa buraxılmayacağı təqdirdə təmas xəttini keçəcəklərini bildiriblər. Həmin vətəndaşlar hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıblar”.

Bunu modern.az-a açıqlamasında Daxili İşlər Nazirliyi mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov deyib.

E.Zahidov bildirib ki, polis bölməsində 25 sakinin izahatı alınıb: “Rayon Polis Şöbəsində onların hər birindən izahat alınıb, söhbət aparılıb. Şəxslər dərhal gəldikləri Qəbələ rayonuna yola salınıblar. Hazırda araşdırma aparılır. Araşdırmaların nəticəsindən asılı olaraq, məsələyə hüquqi qiymət veriləcək”.

Cia.az