Bu il yanvarın 23-də itkin düşmüş və fevralın 26-da meyiti tapılan İctimai Televiziyanın (İTV) əməkdaşı Rəşad Əliyevin ölümü ilə bağlı cinayət işi başlayıb.
Virtualaz.org Səbail rayon Prokurorluğundan verilən məlumata istinadən xəbər verir ki. faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi üzrə cinayət işi başlayıb.
Xatırladaq ki, İTV-də quruluşçu rejissor işləmiş 1973-cü il təvəllüdlü R.Əliyev bu il yanvarın 23-də yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb. O, əməkdar incəsənət xadimi Fikrət Əliyevin oğludur.
Cia.az
