|
Liniker: "Van Qal dəlidir"
İngiltərə yığmasının sabiq hücumçusu və məşhur televiziya şərhçisi Qari Lineker "Mançester Yunayted" klubunun baş məşqçisi Lui van Qalı dəli adlandırıb.
Buna səbəb baş məşqçinin “Arsenal” – “Mançester Yunayted” oyunu zamanı yaşanan mübahisədə bilərəkdən yıxılması olub.
Qari Lineker rəsmi Tvitter hesabında “Lui van Qal inanılmaz dərəcədə dəlidir” deyə baş verənlərə şərh verib.
 
Qeyd edək ki, “Arsenal” – “Mançester Yunayted” oyunu 3-2 hesabı ilə “Mançester”in xeyrinə yekunlaşıb.
 
 

Cia.az