İngiltərədə aparılan bir araşdırmaya görə, çox düşünən insanlar zəif yaddaşa sahibdirlər. Bu adamlar digərləri ilə müqayisədə daha asan depressiyaya düşürlər.
Aparılan təcrübələr zamanı elm adamları həmçinin, insanların hansısa bir mövzuda qərar vermək üçün düşünərkən beyinin hansı hissələrinin daha çox fəal olduğunu araşdırıblar. Verdikləri qərarlardan əmin olan və üzərində təkrar-təkrar düşünməyən adamların beyinlərinin fikirləşmə ilə bağlı əsas hissəsi sayılan ön tərəfdə daha çox hüceyrələr var.
Qərar verməkdə çətinlik çəkən və həyat haqqında dəqiq düşünə bilməyən insanların beyinlərinin ön hissələrindəki hüceyrələrin sayı isə digərləri ilə müqayisədə xeyli azdır.
Cia.az
