|
Rusiyada kişi doğum evini atəşə tutub
Rusiyanın Kamçatka diyarında kişi hamilə arvadının yatdığı doğum evini atəşə tutub. Musavat.com xəbər verir ki, məlumatı RİA “Novosti” yayıb. 
Hüquq-mühafizə orqanlarından verilən məlumata görə, kişiyə doğum evində olan arvadının ona xəyanət etdiyi bildirilib. O isə tibb müəssisəsinə gəlib, binaya üç dəfə atəş açıb və gedib. 
Faktla bağlı araşdırma aparılır. Hadisənin pnevmatik tapança ilə törədildiyi bildirilir. 
Cia.az