|
Tanınmış aktrisanın ailəsində ağır itki -

Türkiyəli aktrisa Doğa Rutkayın nənəsi Zərifə Duru 94 yaşında vəfat edib. 
Bu gün baş tutan dəfn mərasimində sənət dostları Doğanı tək qoymayıb. Bergüzar Korel, Ali Sunal, Çağlar Çorumlu, İram Şak aktrisaya başsağlığına gəliblər.
Göz yaşlarını saxlaya bilməyən Rutkay "Nənəm lal idi və eşitmirdi, özəl baxım istəyirdi. Biz də əlimizdən gələni onun üçün etdik. Heç bir xəstəliyi yox idi, amma Allah nəfəsini aldı" deyə, bildirib.





Cia.az