|
Torpaq sürüşməsi 37 nəfərin ölümünə səbəb oldu

İndoneziyanın Yava adasında baş verən torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 37-ə çatıb. Onlarla insanın torpağın altında qalması ehtimalı isə, ölü sayının arta biləcəyini göstərir.

Təbii fəlakət Cemblun kəndində baş verib. Sürüşmə zamanı 100-dən çox ev torpağın altına qalıb. Hökumət evsiz qalan insanlara müvəqqəti sığınacaqlar verib.

Xilasetmə əməliyyatları isə, sutka ərzində dayanmadan davam edir. Bir qədər əvvəl İndoneziyanın milli fəlakət agentliyi təxliyə prosesində çətinliklərin yaşandığını məruzə etmişdi. Buna səbəb isə, əsas yollardan birinin sürüşmə nəticəsində bağlanması olub.

İndoneziya prezidenti Coko Vidodo da təbii fəlakət zonasını ziyarət edib.//Anspress