Xalq yazıçısı Çingiz Abdullayev vəfat edəndən sonra cəhənnəmə getmək istədiyini deyib. ATV kanalında verilişlərdən birində qonaq olan tanınmış yazar deyib ki, onun üçün cəhənnəm cənnətdən daha maraqlıdır: "Cənnətdə heç bir münaqişə yoxdur, sakitlikdir. Amma cəhənnəmdə çox maraqlı insanlar olacaq, məncə cəhənnəm daha maraqlı olar".
Ç.Abdullayev cəhənnəmə və ya cənnətə düşmək ehtimalını isə belə dəyərləndirib: "İndiyədək dostlarımdan heç birinə arxa çevirməmişəm, qadınların qəlbini qırmamışam".
Cia.az
