|
İngiltərə Premyer Liqası: "Lester Siti"dən növbəti qələbə

İngiltərə Premyer Liqasında 27-ci turun oyunlarına start verilib.

İlk oyun günündə 6 qarşılaşma baş tutub.

Səfərdə "Sauthempton"un qonağı olan "Çelsi" rəqibinə 2:1 hesabı ilə qalib gəlib. Lider "Lester Siti" isə evdə "Norviç"i 1:0 hesabı ilə məğlub edib.

27 fevral

İngiltərə Premyer Liqası, 27-ci tur

"Vest Hem" - "Sanderlend" - 1:0
Qol:
 Antonio, 30 (1:0)

"Lester Siti" - "Norviç" - 1:0
Qol:
 Ulloa, 89 (1:0)

"Sauthempton" - "Çelsi" - 1:2
Qollar:
 Lonq, 42 (1:0), Fabreqas, 75 (1:1), İvanoviç, 89 (1:2)

"Stok Siti" - "Aston Villa" - 2:1
Qollar:
 Arnautoviç, 51 (1:0), 56 (2:0), Bakuna, 79 (2:1)

"Uatford" - "Bornmut" - 0:0

"Vest Bromviç" - "Kristal Palas" - 3:2
Qollar:
 Qardner, 12 (1:0), Dauson, 20 (2:0), Berahino, 31 (3:0), Vikhem, 48 (3:1), 80 (3:2)

28 fevral

"Liverpul" - "Everton" (Təxirə salınıb)
"Nyukasl" - "Mançester Siti" (Təxirə salınıb)

"Mançester Yunayted" - "Arsenal"

"Tottenhem" - "Suonsi"

Cia.az