|
Madrid derbisini "Atletiko" qazandı

İspaniya La Liqasında 26-cı turun növbəti oyunu keçirilib.

"Real" doğma meydanda "Atletiko"nu qəbul edib. Madrid derbisi Dieqo Simeonenin 1:0 hesablı qələbəsi ilə başa çatıb.

"Real" - "Atletiko" - 0:1
Qol:
 Antoni Qrizmann, 53 (0:1)

Turnir cədvəlinə 63 xalla "Barselona" başçılıq edir. "Atletiko" 58 xalla 2-ci, "Real" 54 xalla 3-cüdür.

Cia.az