Uelsdə yaşayan 22 yaşlı Corciya Davis 5 yaşından bəri kökəlmədən əziyyət çəkir.
Hazırda 400 kilo ağırlığında olan Corciyanın ailəsi onun rahat hərəkət edə bilməsi üçün evlərini yeniləyiblər. Evin bayır qapısını ikitərəfli edən ailə otaqların qapılarını böyüdüblər. Evə isə qızlarının daha rahat etməsi üçün xüsusi əşyalar alıblar. Kiçik yaşda atasını itirin qızcığaz depressiyada olduğu üçün dayanmadan cipsi yeməyə və kola içməyə başlayıb. Çox yemək yeyən qız üçün məktəb rəhbərliyi bufetə düşməyi qadağan edib.
Lakin o, evdə televizor qarşısında televizora baxmağa davam edib. 2012-ci ildə qızı evdən çıxarmaq üçün evin bir tərəfi uçurulub. Ötən il də Corciyanı evdən çıxarmaq üçün ailəsi 7 saat çalışıb.
Cia.az
